...

Bu rayonlar qazsız qalacaq

Energetika Materials 10 Oktyabr 2014 10:39 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu rayonlar qazsız qalacaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 12:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 14:00-dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ucar və Zərdab rayonlarına, saat 19:00-dək isə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti