...

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsindən ARDNF-yə daxilolmalar 2 milyard dolları ötüb

Energetika Materials 10 Oktyabr 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2007-ci ildən etibarən Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin reallaşdırılmasından gəlirləri 2 006 milyon dollar təşkil edib. Bu barədə cümə günü Trend-ə ARDNF-dən deyiblər.

Fonddan bildiriblər ki, 2014-cü il yanvarın 1-dən oktyabrın 1-dək Dövlət Neft Fonduna "Şahdəniz" layihəsi çərçivəsində 409 milyon dollar daxil olub.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

2014-cü il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 2014-cü ilin əvvəli (35 877,5 milyon dollar) ilə müqayisədə 4,86 faiz artaraq 37 622,4 milyon təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti