...

Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılır

Energetika Materials 13 Oktyabr 2014 10:41 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 12:00-dək Hacıqabul, saat 11:00-dan 13:00-dək Binəqədi və Nərimanov, saat 14:00-dan 16:00-dək Masallı, saat 15:00-dan 16:00-dək Yevlax, saat 16:00-dan 18:00-dək isə Sabunçu və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti