...

ARDNŞ Rumıniyanın YDM bazarında iştirak payını artırmaq niyyətindədir

Energetika Materials 15 Oktyabr 2014 18:37 (UTC +04:00)
Oktyabrın 14-16-da Rumıniyanın nüfuzlu "Business Review" ("Biznes icmalı") jurnalının təşkilatçılığı ilə Buxarestdə "Xarici Sərmayəçilər (İnvestorlar) Sammiti" öz işinə başlayıb.
ARDNŞ Rumıniyanın YDM bazarında iştirak payını artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Emil İsmaylov/

Oktyabrın 14-16-da Rumıniyanın nüfuzlu "Business Review" ("Biznes icmalı") jurnalının təşkilatçılığı ilə Buxarestdə "Xarici Sərmayəçilər (İnvestorlar) Sammiti" öz işinə başlayıb.

Trend-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytına istinadən verdiyi məlumata görə, sammitdə Rumıniyada fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, Rumıniyada akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri, investorlar, enerji, neft-qaz sahəsində çalışan mütəxəssis və ekspertlər, Rumıniyanın dövlət və hökümət nümayəndələri, eləcə də ARDNŞ-nin Rumıniya nümayəndəliyinin təmsilçiləri iştirak edirlər.

Sammitin ilk günündə çıxış edən nümayəndəliyin rəhbəri Həmzə Kərimov bildirib ki, ARDNŞ artıq dünyada tanınan brend kimi enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib, bir çox ölkələrdə, o cümlədən Rumıniyada iri layihələrə imza atıb.

Onun sözlərinə görə, ARDNŞ hazırda Rumıniyaya investisiya yatıran 10 ən böyük şirkət arasındadır. Rumıniyanın 13 dairəsində SOCAR brendi altında 30 yanacaqdoldurma məntəqəsi (YDM) müştərilərə yüksək səviyyədə xidmət göstərir.

Qarşıya qoyulan əsas məqsədlərdən biri də bu sahədə Rumıniya bazarının 10 faizinə sahib olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti