...

Avropa İttifaqı Trans Xəzər qaz kəməri ilə bağlı danışıqların növbəti mərhələsini keçirmək niyyətindədir

Energetika Materials 20 Oktyabr 2014 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Avropa İttifaqı (Aİ) Trans Xəzər qaz kəmərinin yaradılması məsələsi ilə bağlı üçtərəfli qaydada Azərbaycan və Türkmənistan ilə danışıqların növbəti mərhələsini keçirmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə energetika naziri Natiq Əliyev məlumat verib.

Əliyev deyib: "Energetika üzrə avropalı komissar Günter Ottinger Azərbaycan və Türkmənistana Brüsseldə danışıqların növbəti mərhələsini keçirməyi təklif edib. Təəssüf ki, türkmən tərəfi müəyyən səbəblərə görə gələ bilməyib. O, [Ottinger] məni inandırdı ki, bu görüş baş tutacaq".

Nazir danışıqların keçirilməsinin yeni tarixi barədə məlumatlandırılmayıb.

Aİ, Azərbaycan və Türkmənistan arasında Trans Xəzər qaz kəməri ilə bağlı danışıqlar 2011-ci ilin sentyabrında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti