...

Azərbaycanın dörd rayonunun qaz təchizatı məhdudlaşdırılır

Energetika Materials 21 Oktyabr 2014 11:07 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın dörd rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Ağsu, saat 13:00-dan 15:00-dək Ucar, saat 14:00-dan 16:00-dək isə İsmayıllı və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti