...

Bu il Azərbaycanda 200-ə yaxın çoxmərtəbəli binaya qaz verilib

Energetika Materials 8 Dekabr 2014 17:20 (UTC +04:00)
2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 200-ə yaxın çoxmərtəbəli binaya təbii qaz verilib.
Bu il Azərbaycanda 200-ə yaxın çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 200-ə yaxın çoxmərtəbəli binaya təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 196 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 13 863 ailə yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti