...

Ramiz Həsənov: Azərbaycana idxal olunan benzin Avro-4 və Avro-5 standartlarına uyğun gəlir

Energetika Materials 24 Dekabr 2014 13:17 (UTC +04:00)
Azərbaycana idxal olunan "Premium Еurо-95" və "Super Еuro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir.
Ramiz Həsənov: Azərbaycana idxal olunan benzin Avro-4 və Avro-5 standartlarına uyğun gəlir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycana idxal olunan "Premium Еurо-95" və "Super Еuro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, ölkədə Avro-4 standartının tətbiqinə dövlət başçısının göstərişi ilə başlanılıb: "Bu qərar əsasında ölkədə Avro-4 standartına uyğun gəlməyən benzin istehsalı dayandırıldı və hazırda Azərbaycana idxal olunan "Premium Еurо-95" və "Super Еurо-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir".

Qeyd edək ki, Avro-4 standartının tətbiqi ilə əlaqədar ölkəyə avtomobil nəqliyyatı vasitələrinin idxalı azalıb. 2014-cü ilin yanvar-noyabr aylarında ölkəyə 56 804 min avtomobil gətirilib ki, 2012-ci ilin eyni dövründə bu rəqəm 93 686 ədəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti