...

Sabah Ucar və Zərdab qazsız qalacaq

Energetika Materials 25 Dekabr 2014 17:22 (UTC +04:00)
Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah Ucar və Zərdab qazsız qalacaq

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, dekabrın 26-da saat 09:00-dan 17:00-dək Göyçay-Ucar-Zərdab qaz kəməri qolunun 13 və 22-ci kilometrlərində baş vermiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq "Qaz İxrac" İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinə məxsus "Ucar", "Lək" və "Zərdab" Qazpaylama stansiyalarında təbii qazın nəqli dayandırılacaq.

Təmir müddətində Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti