...

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Energetika Materials 8 Yanvar 2015 19:00 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin dekabr ayında dövlət büdcəsinə 148 milyon 309 min manat vəsait ödənilib.
ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin dekabr ayında dövlət büdcəsinə 148 milyon 309 min manat vəsait ödənilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 61 milyon 284 min manat və ya 170,4 faiz çoxdur.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 855 milyon 230 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 milyon 793 min manat və ya 117,8 faiz çox olub.

Bundan əlavə, ötən ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 706 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 141 milyon 240 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti