...

Azərbaycan yeni enerji məhsulunu ixrac etməyə hazırlaşır

Energetika Materials 10 Fevral 2015 19:45 (UTC +04:00)
Hazırda beynəlxalq neft bazarındakı qeyri-sabitlik və "qara qızıl"ın qiymətlərinin aşağı olması Azərbaycanın qarşısında ixrac imkanlarının inkişafı və bazarlara yeni məhsullar çıxarmaq kimi yeni vəzifələr qoyur. Azərbaycandan ixrac üçün real mal hazırda elektrik enerjisidir.
Azərbaycan yeni enerji məhsulunu ixrac etməyə hazırlaşır

Emil İsmayılov - Trend:

Hazırda beynəlxalq neft bazarındakı qeyri-sabitlik və "qara qızıl"ın qiymətlərinin aşağı olması Azərbaycanın qarşısında ixrac imkanlarının inkişafı və bazarlara yeni məhsullar çıxarmaq kimi yeni vəzifələr qoyur. Azərbaycandan ixrac üçün real mal hazırda elektrik enerjisidir.

So 10 ildə Azərbaycanın elektrik enerjisi sektoru əhəmiyyətli nəticələr əldə edib, daha doğrusu, enerji sisteminin gücü 40 faiz artaraq 7,1 min meqavatı ötüb ki, bu da respublikanın ixrac potensialını artırmağa imkan verdi. Enerji sisteminin gücünün artırılması yeni elektrik stansiya və enerji obyektlərinin tikintisi və istismarı sayəsində mümkün olub.

Buna baxmayaraq, ölkənin ixrac potensialının inkişafı və enerji sisteminin səmərəliliyinin artırılması üçün müəyyən islahatlar aparmaq lazım idi ki, bunu da çox gözləməli olmadıq.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə "Azərişıq" ASC - enerji paylayıcı şəbəkənin vahid operatoru yaradıldı. Sərəncam çərçivəsində daha əvvəl ölkənin bütün regionlarında elektrik enerjisinin paylanması üzrə "Azərenerji" ASC-nin yerinə yetirdiyi səlahiyyələr yeni struktura verildi.

Yeni enerji istehsal güclərinin yaradılması sahəsində böyük uğurlara baxmayaraq, bu islahatların aparılması ölkənin enerji sistemində qalan problemlərin həllinə xidmət edəcək. Bu problemlər isə regionlarda köhnəlmiş infrastruktur, elektrik enerjisinin verilməsi və paylanmasında onun itkisi ilə bağlıdır. Lakin bu itkilərin azaldılması üzrə planlar mövcuddur.

2020-ci ilə Azərbaycanın elektrik paylayıcı şəbəkələrində texniki itkilərin səviyyəsini 16,5 faizdən 6,5 faizədək azaltmaq planlaşdırılır. Öz növbəsində, 2020-ci ilə elektrikötürücü xətlərdə itkilərin səviyyəsini 4,3 faizdən 2,8 faizədək azaltmaq nəzərdə tutulur.

Paylayıcı şəbəkələrdə itkilərin yüksək səviyyəsi onların xeyli uzunluğu və infrastrukturun bərpası, yenilənməsi üzrə işlərin həyata keçirilməsi üçün əhəmiyyətli vəsaitlərin zəruriliyi ilə izah edilir. Ölkənin elektrik enerjisi şəbəkələrində itkilərin səviyyəsini ciddi azaltmaq üçün bir neçə milyard dollar investisiya tələb olunur. Bununla da "Azərenerji"dən "Azərişıq" ASC-yə bəzi səlahiyyətlərin, o cümlədən istehlakçılara elektrik enerjisinin bölüşdürülməsi üzrə səlahiyyətlərin verilməsi risk və səlahiyyətləri bölüşdürməyə, strukturlara diqqəti müəyyən məqsədlərə dəqiq yönəltməyə imkan verəcək.

"Azərenerji" respublikanın generasiya güclərinin artırılması və elektrik enerjisinin verilməsi sahəsində səylərini daha da aktivləşdirə biləcək. Üstəlik, hazırda respublika Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi çərçivəsində elektrik enerjisinin Türkiyəyə, sonra isə Avropaya ixracı astanasındadır. Yəni bu, ASC-yə ixrac potensialına köklənməyə imkan verəcək ki, bu da gələcəkdə Azərbaycana iri regional elektrik enerjisi mərkəzlərindən birinə çevrilməyə imkan yaradacaq.

Göründüyü kimi, elektrik enerjisinin paylanması sahəsində problemlər daha əhəmiyyətlidir və xüsusi diqqət tələb edir ki, bu diqqəti də "Azərişıq" kifayət qədər göstərə bilər.

Bu iddia əsassız deyil və "Bakıelektrikşəbəkə"nin Bakıda paylayıcı şəbəkəsinin keyfiyyət və say göstəricilərini yaxşılaşdırmaq sahəsində əldə etdiyi nəticələrlə möhkəmlənib. Belə ki, 2014-cü ilin yekunları üzrə elektrik paylayıcı şəbəkənin (qəbul və paylanılması) gücü 2006-cı ildəki 3048 meqavata qarşı 5980 meqavata çatıb. Ötən il texniki itkilərin səviyyəsi 7,4 faizədək azaldılıb və şəbəkənin həddən artıq yüklənməsi aradan qaldırılıb.

Yeni struktur islahatları bir məqsədə xidmət edəcək - enerji sisteminin gücünün və onun ixrac potensialının artırılmasına, elektrik enerjisinin verilməsi və paylanmasında itkilərin azaldılmasına, müvafiq olaraq Azərbaycanın enerji təhlükəsizliyinin artırılmasına.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti