...

SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinin və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu təhvil alıb

Energetika Materials 1 May 2015 10:32 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürüb. Bu barədə Trend SOCAR-ın rəsmi saytına istinadən məlumat verib.
SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinin və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu təhvil alıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürüb. Bu barədə Trend SOCAR-ın rəsmi saytına istinadən məlumat verib.

Təhvilalma prosesi Norveçin "Statoil" və Malaziyanın "Petronas" şirkətləri arasında "Statoil"un "Şahdəniz" yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15.5% və Azərbaycan Qaz Təchizatı Şirkətində 12.4% iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 17 dekabr 2013-cü ildə imzalanmış müvafiq razılığa uyğun olaraq həyata keçirilmişdir.

SOCAR prezidenti Rövnəq Abdullayev bu münasibətlə keçirilən mərasimdə qeyd etmişdir ki, AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun SOCAR-a keçməsi Azərbaycanda HPBS layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərdə yerli potensialdan istifadənin daha da artırılması prosesində çox vacib mərhələdir. Bu SOCAR-ın öz texniki və kommersiya bacarıqlarını və eləcə də insan resurslarını dünya standartlarına uyğun inkişaf etdirməsində əldə etdiyi yüksək uğurların qlobal enerji şirkətləri tərəfindən aydın tanınmasıdır. SOCAR prezidenti son 12 ildə AQTŞ və CQBKŞ operatoru kimi mükəmməl fəaliyyəti və eləcə də biznes fəaliyyətinə heç bir mənfi təsir olmadan razılaşdırılmış müddətdə operatorluq təhvilinin həyata keçirilməsində SOCAR ilə əməkdaşlığına görə "Statoil" şirkətinə təşəkkür etmişdir.

Xatırladaq ki, Azərbaycan Qaz Təchizatı Şirkəti Kayman Adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilmişdir, baş ofisi Bakıda yerləşir. AQTŞ "Şahdəniz" HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən "Şahdəniz" layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyədə, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına gələcək satışını həyata keçirəcək xüsusi hüquqi şəxs kimi yaradılmışdır.

CQBKŞ Cənubi Qaz Boru Kəməri konsorsiumuna məxsusdur, "Şahdəniz" yatağından, həmçinin Azərbaycan Respublikası ərazisində və Xəzər dənizində digər mənbələrdən hasil olunan təbii qazın Türkiyə və Avropa bazarlarına nəqli məqsədilə boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış şirkətdir. Boru kəməri başlanğıcını Bakı yaxınlığında Sənqəçal terminalından götürür. Kəmərin uzunluğu 691 kilometrdir və bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan ərazisində yerləşir. 17 Dekabr 2013-cü tarixində yekun investisiya qərarının imzalanmasından sonra, səhmdarlar illik 25 milyard kubmetrədək təbii qaz nəqli üçün boru kəməri sisteminin genişləndirilməsinə başlamışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti