...

Avropada mənfi gəlirlilik Dövlət Neft Fondunun investisiya siyasətinə təsir edəcək

Energetika Materials 1 May 2015 18:54 (UTC +04:00)
2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya siyasətində dəyişiklik baş verə bilər.
Avropada mənfi gəlirlilik Dövlət Neft Fondunun investisiya siyasətinə təsir edəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Maksim Tsurkov/

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya siyasətində dəyişiklik baş verə bilər.

Trend-in məlumatına görə, bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov I rübün yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq bazarlarda gərgin vəziyyət müşahidə edilir.

Ş.Mövsümov qeyd edib ki, avrozonada mənfi gəlirlilik müşahidə edilir: "Bu səbəbdən müəyyən təkliflər hazırlayırıq. 2016-cı ildə Dövlət Neft Fondunun investisiya siyasətində dəyişiklik baş verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti