...

Natiq Əliyev: "Cənub Qaz Dəhlizi"nin tikintisi qabaqlayıcı templə aparılır

Energetika Materials 7 May 2015 14:25 (UTC +04:00)
Azərbaycan qazını Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya çatdıracaq "Cənub Qaz Dəhlizi"nin tikintisi qabaqlayıcı templə aparılır.
Natiq Əliyev: "Cənub Qaz Dəhlizi"nin tikintisi qabaqlayıcı templə aparılır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan qazını Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya çatdıracaq "Cənub Qaz Dəhlizi"nin tikintisi qabaqlayıcı templə aparılır. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Sputnik" nəşrinə deyib.

Onun sözlərinə əsasən, tikinti 2019-cu ildə başa çatacaq: "Məqsədimiz əlavə 6 milyard kubmetri Türkiyəyə və 2020-ci ildə isə 10 milyard kubmetri Avropaya tədarük etməkdir.

Nazir qeyd edib ki, boru kəməri Avropa üçün alternativ qaz mənbəyi olacaq: "Qaz həcmimizi Aİ-nin aldığı Rusiya qazının həcmləri ilə müqayisə etmək olmaz. Aİ enerji resurslarının idxalını şaxələndirməyə, Rusiya qazından asılılığı azaltmağa çalışır. Rusiya qazı Avropanın ümumi istehlakının üçdə birini təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti