...

SOCAR Türkiyə bazarında "Petkim"in payını xeyli artıracaq

Energetika Materials 12 May 2015 17:27 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilə qədər Türkiyə bazarında "Petkim" neft-kimya kompleksinin payını 40 faizə kimi artırmağı planlaşdırır.
SOCAR Türkiyə bazarında "Petkim"in payını xeyli artıracaq

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilə qədər Türkiyə bazarında "Petkim" neft-kimya kompleksinin payını 40 faizə kimi artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Regional məsləhətləşmə forumunda bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində inşa edilən neft və qaz boru kəmərləri də Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına nəql etməkdə əhəmiyyətli rol oynayır.

R.Abdullayev deyib ki, bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edir, habelə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verir: "SOCAR, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi addımlar atır".

O, əlavə edib ki, dünya enerji daşıyıcıları bazarındakı qeyri-sabitliyə baxmayaraq, bu işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti