...

Natiq Əliyev: Azərbaycanda neft hasilatı sabitləşib

Energetika Materials 13 May 2015 14:10 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda 42 milyon ton neft hasil edilib
Natiq Əliyev: Azərbaycanda neft hasilatı sabitləşib

Azərbaycan, Bakı, 13 may /Trend/

2014-cü ildə Azərbaycanda 42 milyon ton neft hasil edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə əsasən, ölkədə neft hasilatı ötən il sabitləşib: "Bununla belə, 42 milyon tondan təqribən 34 milyonu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda "Şahdəniz" yatağından hasil edilib. Həmçinin, 29,6 milyard kubmetr qaz hasil edilib".

N.Əliyev qeyd edib ki, ötən il Azərbaycandan 35 milyon ton neft ixrac edilib. Bununla belə, ixrac edilən neftin 67,9 faizi Azərbaycanın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti