...

"Cənub Qaz Dəhlizi"nin reallaşdırılması qrafiki 30 faiz qabaqlayır

Energetika Materials 13 May 2015 14:38 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması qrafiki 30-32 faiz qabaqlayır.
"Cənub Qaz Dəhlizi"nin reallaşdırılması qrafiki 30 faiz qabaqlayır

Azərbaycan, Bakı, 13 may /Trend/

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması qrafiki 30-32 faiz qabaqlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə əsasən, 2035-ci ildə dünyada enerji resurslarına tələbat artacaq.

N.Əliyev qeyd edib ki, bu, Azərbaycanın dünya enerji bazarında rolunun artmasına da xidmət edir: "Məqsədimiz yaxın 5 il ərzində qazı Avropaya çatdırmaqdır. "Cənub Qaz Dəhlizi" layihəsi qrafiki 30-32 faiz qabaqlamaqla reallaşdırılır. Eyni zamanda, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və Səngəçal terminalının modernləşdirilməsi üzrə işlər uğurla aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti