...

BP Azərbaycanda qaz hasilatını artırıb

Energetika Materials 17 May 2015 22:00 (UTC +04:00)
2015-ci ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 0,1 milyard dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər çəkilib.
BP Azərbaycanda qaz hasilatını artırıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 0,1 milyard dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci ilin birincü rübündə ölkədə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

2014-cü il ərzində "Şahdəniz" yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

Bu dövr ərzində yataqdan 2,6 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu göstəricilər 2,32 milyard kubmetr qaz və 0,6 milyon ton kondensat təşkil edib.

Mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti