...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 16 May 2015 12:14 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 67,16 dollar/barel təşkil edib.
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Maksim Tsurkov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 67,16 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 0,52 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

SOCAR-dan bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 66,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 63,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 15-də 65,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti