...

Sabah qazsız qalacaq rayonlar

Energetika Materials 19 May 2015 21:24 (UTC +04:00)
Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah qazsız qalacaq rayonlar

Azərbaycan, Bakı, 19 may /Trend/

Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 20-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Zabrat-2", Ağdam Magistral qaz kəmərləri sahəsinin "Bərdə", Qazax Magistral qaz kəmərləri sahəsinin "Morul", "Çənlibel", "Zəhmət" və "Gədəbəy", Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Şabran-Taxtalar" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bərdə şəhərinin və Şabran rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər lenti

Xəbər lenti