...

Qax rayonunun Şotavar kəndinə təbii qaz verilib

Energetika Materials 27 May 2015 17:02 (UTC +04:00)
Bu gün Qax rayonunun Şotavar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Qax rayonunun Şotavar kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün Qax rayonunun Şotavar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-a istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 250 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 16 164 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti