...

Yunanıstandakı böhran Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinə təsir edəcək?

Energetika Materials 7 İyul 2015 10:02 (UTC +04:00)
Yunanıstandakı iqtisadi böhran Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəlirlərinə təsir etməyəcək.
Yunanıstandakı böhran Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinə təsir edəcək?

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Maksim Tsurkov/

Yunanıstandakı iqtisadi böhran Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəlirlərinə təsir etməyəcək.

Bu barədə Trend-ə fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

O bildirib ki, ADNF-nin Yunanıstanda heç bir aktivi yoxdur: "Fondun vəsaitinin idarə olunması qaydalarına əsasən, fondun investisiya portfelinin vəsaiti uzunmüddətli öhdəliklər üzrə müəyyən beynəlxalq kredit reytinqi olan ölkələrin aktivlərinə qoyula bilər. Yunanıstanın reytinqi tələblərimizi ödəmədiyindən ADNF bu ölkənin aktivlərinə investisiya qoymayıb. Bu səbəbdən, Yunanıstandakı böhran ADNF-nin fəaliyyətinə təsir etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti