...

Azərbaycan və Türkiyə alternativ enerji mənbələrinin yaradılmasına sərmayə yatıracaq

Energetika Materials 22 İyul 2015 14:12 (UTC +04:00)
Azərbaycan və Türkiyə bərpa olunan energetika sahəsinə birgə sərmayə qoyacaq.
Azərbaycan və Türkiyə alternativ enerji mənbələrinin yaradılmasına sərmayə yatıracaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycan və Türkiyə bərpa olunan energetika sahəsinə birgə sərmayə qoyacaq. Bu barədə Trend Türkiyənin Dövlət İctimaiyyəti Məlumatlandırma Platformasına istinadən xəbər verir.

Ötən gün bu barədə anlaşma memorandumu Türkiyənin "Turcas Enerji Holding"i və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında "Azalternativenerji" arasında imzalanıb.

Sənədə əsasən, tərəflər Türkiyə və Azərbaycanda günəş, külək və geotermal elektrik stansiyalarının tikintisinə, eləcə də digər layihələrə birgə sərmayə qoyacaqlar.

Müqavilənin fəaliyyət müddəti imzalandığı gündən başlayaraq 3 il təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti