...

İlham Əliyev: Azərbaycan Avropaya qaz tədarükünü on illərlə təmin edə bilər

Energetika Materials 22 İyul 2015 16:32 (UTC +04:00)
Azərbaycanın qaz ehtiyatları Avropaya on illər ərzində tədarükü təmin etmək üçün kifayət qədərdir.
İlham Əliyev: Azərbaycan Avropaya qaz tədarükünü on illərlə təmin edə bilər

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanın qaz ehtiyatları Avropaya on illər ərzində tədarükü təmin etmək üçün kifayət qədərdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, Azərbaycanın sübut olunmuş qaz ehtiyatları təqribən 2,6 trilyon kubmetr təşkil edir, "Cənub Qaz Dəhlizi" üçün hələlik yeganə mənbə olan "Şahdəniz" yatağının ehtiyatları isə 1,3 trilyon kubmetri üstələyir.

İlham Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi artıq reallaşdırmanın fəal mərhələsindədir: "Azərbaycan bu layihənin təşəbbüskarıdır və onun vaxtında reallaşdırılması üçün tərəfdaşları, qonşu ölkələr və investorlarla fəal işləyir".

Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi" ölkələri birləşdirən və investorlar, tranzit ölkələr və istehlakçılar üçün mənfəətli layihədir: "Bu ilin martında "Cənub Qaz Dəhlizi"nin hissəsi olan TANAP-ın tikintisi başlayıb və biz müəyyən edilmiş tarixə uyğun gedirik".

İlham Əliyev deyib ki, TANAP enerji təhlükəsizliyi layihəsidir, hazırda isə enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı nəzərdə tutula bilməz: "TANAP enerjinin şaxələndirilməsi layihəsidir".

Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi" təkcə tədarük marşrutlarının deyil, ən vacibi, tədarük mənbələrinin şaxələndirilməsini də təmin edəcək: "Azərbaycan tədarük mənbələri, infrastrukturu, iri enerji layihələrinin reallaşdırılması təcrübəsi ilə burada öz rolunu oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti