...

Serbiya Cənub qaz dəhlizini istəyir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 28 Sentyabr 2015 14:00 (UTC +04:00)
Serbiya Cənub qaz dəhlizinə qoşulmaq imkanını öyrənir.
Serbiya Cənub qaz dəhlizini istəyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Serbiya Cənub qaz dəhlizinə qoşulmaq imkanını öyrənir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının IV iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, bu, hökumətlərarası komissiyanın yekunları üzrə bu gün imzalanacaq protokolun redaktəsində xüsusi yer tutacaq: "Bu gün SOCAR və Azərbaycanın Energetika Nazirliyində keçirlən görüşlərdə bu məsələ əlavə olaraq öyrəniləcək".

Nazir qeyd edib ki, tərəflər bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Öz növbəsində, Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiç bildirib ki, energetika iki ölkə arasında əməkdaşlığın əsas sahələrindən biridir: "Biz Azərbaycanın Serbiyaya qaz tədarükçülərindən biri olmasında çox maraqlıyıq. Bununla əlaqədar Azərbaycan və Serbiya şirkətləri arasında danışıqların keçirilməsini planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti