...

TANAP-a çəkilən xərclər azalıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 10 Noyabr 2015 12:59 (UTC +04:00)
Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinə çəkilən xərclər proqnoz göstəricədən 20-25 faiz azalıb.
TANAP-a çəkilən xərclər azalıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinə çəkilən xərclər proqnoz göstəricidən 20-25 faiz azalıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, planlaşdırılmış büdcə təsdiq edildikdən etibarən TANAP-a çəkilən xərclər təqribən 20-25 faiz azalıb: "Bu, qiymətin azalmasına görə baş verib. Biz boruların alınmasına görə, yaxşı tender nəticələri əldə etdik. Bu, bizə layihəyə xərcləri azaltmaq imkanı verir".

TANAP layihəsinə çəkilən əsaslı xərclərin 9,5 milyard dollar olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti