Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycanın G20 sammitində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasındakı mənbə bildirib.
Mənbə deyib ki, Azərbaycan "Böyük iyirmiliy"ə böyük töhfə verə bilər: "Azərbaycan hazırda regionun ən inkişaf etmiş ölkələrindən biridir".
Mənbənin sözlərinə görə, Ankara G20-də sədrliyi dövründə G20 iştirakçı ölkələrinin diqqətini bu təşkilata daxil olmayan dövlətlərə cəlb etmək niyyətindədir: "Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı da müzakirə ediləcək".