...

Sabah da qaz olmayacaq

Energetika Materials 12 Noyabr 2015 18:51 (UTC +04:00)
Abşeron, “Hacıqabul” və “Ağdaş” Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah da qaz olmayacaq

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Abşeron, "Hacıqabul" və "Ağdaş" Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 13-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Xaşa-Xuna və "Zeytun", Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Padar", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Yaqublu", "Makov" və "Oğuz" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonunun Padar, Külüllü, Kürsulu, Nəmirli və Bənəcik, Şəki rayonunun Turan qəsəbəsi, Zaqatala rayonunun Danaçı və Nazıxgöyəm kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Xəzər rayonunun Şüvalan, Qala və Xaşaxuna bağları qəsəbələrinin, o cümlədən, Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti