...

Daha bir kəndə qaz verildi

Energetika Materials 17 Noyabr 2015 20:48 (UTC +04:00)
Bu gün Ağsu rayonunun Kəndoba kəndinə təbii qazın verilişi bərpa edilib.
Daha bir kəndə qaz verildi

Bakı. Trend:

Bu gün Ağsu rayonunun Kəndoba kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, 387 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 38 296 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti