...

Azərbaycanda qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş ziyan hesablanıb

Energetika Materials 23 Noyabr 2015 13:34 (UTC +04:00)
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Azərbaycanda qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş ziyan hesablanıb

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair "qüsur aktı" tərtib olunub.

Tərtib olunmuş aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 466 manat dəyərində hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti