...

Sabah 8 rayonda qaz olmaya bilər

Energetika Materials 24 Noyabr 2015 16:35 (UTC +04:00)
Abşeron, Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah 8 rayonda qaz olmaya bilər

Bakı. Trend:

Abşeron, Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 25-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi", Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Dondarquşçu" və "Alabaşlı" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti