...

Türkiyəli nazir: TANAP-ın tikintisi digər layihələrin icrasına təkan verdi

Energetika Materials 29 Fevral 2016 15:59 (UTC +04:00)
Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin reallaşdırılması digər enerji layihələrin icrasına əhəmiyyətli təkan verdi.
Türkiyəli nazir: TANAP-ın tikintisi digər layihələrin icrasına təkan verdi

Bakı. Azad Həsənli - Trend:

Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin reallaşdırılması digər enerji layihələrin icrasına əhəmiyyətli təkan verdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında deyib.

Onun sözlərinə görə, TANAP layihəsinin reallaşdırılması sürətləndirilib: "Türkiyə əvvəlki kimi TANAP layihəsinin həyata keçirilməsinə hər cür siyasi və iqtisadi dəstək verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti