...

SOCAR iri neft müqaviləsinin müddətinin tezliklə uzadılacağına ümid edir

Energetika Materials 2 Aprel 2016 12:51 (UTC +04:00)
SOCAR "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin davam etdirilməsi üzrə müqavilənin imzalanması ilə bağlı tərəfdaşlarla danışıqları davam etdirir və bu məsələnin tezliklə həllinə ümid edir.
SOCAR iri neft müqaviləsinin müddətinin tezliklə uzadılacağına ümid edir

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin davam etdirilməsi üzrə müqavilənin imzalanması ilə bağlı tərəfdaşlarla danışıqları davam etdirir və bu məsələnin tezliklə həllinə ümid edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, tezliklə yeni saziş üzrə razılıq əldə edilə bilər: "2024-cü ili gözləmədən yeni müqavilənin imzalanması ilə bağlı qərar artıq qəbul edilib, blokun gələcəkdə işlənməsi üzrə uzunmüddətli proqram hazırlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti