...

Tərtərin daha bir kəndinə qaz verilib

Energetika Materials 22 Aprel 2016 16:01 (UTC +04:00)
Aprelin 22-də Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilib.
Tərtərin daha bir kəndinə qaz verilib

Bakı. Trend:

Aprelin 22-də Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 207 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 922 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti