...

“Neft Daşları” yatağında yeni quyu qazılır

Energetika Materials 30 İyun 2016 14:38 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2631 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2631 nömrəli quyuda qazma işlərinə başlanılıb. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1050 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti