...

Azərbaycan neftinin qiymətləri: 4-8 iyul həftəsinin yekunları

Energetika Materials 9 İyul 2016 14:11 (UTC +04:00)
Ötən həftə (4-8 iyul) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 48,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,14 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 4-8 iyul həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (4-8 iyul) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 48,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,14 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,42, minimum isə 47,15 dollar/barel təşkil edib.

4-8 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 44,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,19 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,52, minimum isə 43,18 dollar/barel olub.

4-8 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 45,95 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,62 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 48,01 dollar, minimum isə 44,62 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti