...

Göyçayın daha bir kəndinə qaz verildi

Energetika Materials 14 İyul 2016 14:57 (UTC +04:00)
İyulun 14-də Göyçay rayonun Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Göyçayın daha bir kəndinə qaz verildi

Bakı. Trend:

İyulun 14-də Göyçay rayonun Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 124 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 410 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilərək, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti