...

Daha bir kəndə təbii qaz verilib

Energetika Materials 7 Noyabr 2016 18:02 (UTC +04:00)
Saatlı rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib.
Daha bir kəndə təbii qaz verilib

Bakı. Trend:

Bu gün Saatlının Genişkənd kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Saatlı rayonunun daha 7 kəndində ( Şirinbəy, Sarıcalar, Qara Nuru, Qazanbatan, Məmmədabad, Çolpı və Əliabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti