...

Daha iki kəndə qaz verilib

Energetika Materials 16 Noyabr 2016 17:15 (UTC +04:00)
Zərdab rayonunun daha iki kəndinə təbii qaz verilib.
Daha iki kəndə qaz verilib

Bakı. Trend:

Bu gün Zərdabın Bıçaqçı və Yuxarı Seyidlər kəndlərinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Zərdab rayonunun 328 abonenti olan Bıçaqçı və 155 abonenti olan Yuxarı Seyidlər kəndinin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Qeyd edək ki, hazırda Zərdab rayonunun daha 4 kəndində (Şahhüseynli, Əlvənd, Otmanoba və Aşağı Seyidlər kəndləri) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti