...

Rumıniyada 35-ci SOCAR YDM-i açıldı

Energetika Materials 18 Noyabr 2016 15:31 (UTC +04:00)
Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Rumıniyada 35-ci SOCAR YDM-i açıldı

Bakı. Trend:

Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Rumıniya parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, bu ölkədə fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, ''SOCAR Petroleum SA'' şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb. Məntəqədə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də “Nar” kafe də fəaliyyət göstərir. Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti