...

Metyu Brayza: ABŞ-ın "Cənub qaz dəhlizi" layihəsinə dəstəyi dayandırmasına səbəb yoxdur (ÖZƏL)

Energetika Materials 22 Noyabr 2016 08:19 (UTC +04:00)
ABŞ-ın “Cənub qaz dəhlizi” layihəsinə dəstəyi dayandırması üçün heç bir səbəbi yoxdur.
Metyu Brayza: ABŞ-ın "Cənub qaz dəhlizi" layihəsinə dəstəyi dayandırmasına səbəb yoxdur (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ-ın “Cənub qaz dəhlizi” layihəsinə dəstəyi dayandırması üçün heç bir səbəbi yoxdur. Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp böyük ehtimalla ölkənin xarici siyasətini dəyişməyəcək.

“Bu gün Donald Trampın Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını bilmək çətindir. O, bu barədə heç bir açıqlama verməyib və ümumiyyətlə onun xarici siyasət barədə açıqlamaları ziddiyyətlidir. Fikrimcə o, ABŞ xarici siyasətini dəyişmək istəməyəcək. Digər tərəfdən, “Cənub qaz dəhlizi” layihəsi kifayət qədər irəliləyib, qaz satışları ilə bağlı müqavilələr imzalanıb, tikinti işləri davam edir. Fikrimcə, ABŞ-ın bu layihəyə dəstəyini dayandırmaq üçün heç bir səbəbi yoxdur. Baxmayaraq ki, Trampın xarici siyasətlə bağlı verdiyi tək açıqlama bu layihəni dəstəkləməyən Rusiya ilə münasibətlərin normallaşması barədə olub”.

Keçmiş səfirin sözlərinə görə, layihə ilə bağlı proseslər artıq həyata keçirildiyi üçün ABŞ-ın bu mərhələdə dəstəyi çox da vacib deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti