...

“Mingəçevir” SES-də elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 24 Noyabr 2016 15:08 (UTC +04:00)
“Mingəçevir” SES-də cari ilin oktyabr ayında 41,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin eyni dövründəki istehsaldan 2,5 milyon kilovatsaat artıqdır.
“Mingəçevir” SES-də elektrik enerjisinin istehsalı artıb

Bakı. Trend:

“Mingəçevir” SES-də cari ilin oktyabr ayında 41,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin eyni dövründəki istehsaldan 2,5 milyon kilovatsaat artıqdır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin ötən 10 ayında isə “Mingəçevir” SES-də 492,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 115,2 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələrin əldə edilməsinə imkan verib.

“Mingəçevir” SES-in 1 və 3 saylı hidroaqreqatlarında aparılan yenidənqurma işləri başa çatdırılıb və hidroaqreqatlar işə qoşulub. Eyni zamanda cari ilin son üç ayı ərzində işdə olan hidroaqreqatlarda qrafik üzrə nəzərdə tutulmuş texniki xidmət işləri tamamilə yerinə yetirilib.

Ümumi gücü 424,6 MVt olan bu elektrik stansiyası 1953-cü ildə istismara verilib və 6 hidroaqreqatdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti