...

Sabah bəzi rayonlarda qaz olmayacaq

Energetika Materials 23 Yanvar 2017 17:24 (UTC +04:00)
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Sabah bəzi rayonlarda qaz olmayacaq

Bakı. Trend:

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində aparılacaq təmir işləri ilə bağlı bəzi yaşayış məntəqələrinin qaz qaz təchizatı məhdudlaşdırılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti