...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 24 Mart 2017 12:07 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 51,59 dollar/barel təşkil edib.
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 51,59 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,21 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 50,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 23-də 46,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 23-də 49,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti