...

Azərbaycan nefti cüzi bahalaşıb

Energetika Materials 28 Mart 2017 11:32 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 51,66 dollar/barel təşkil edib.
Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 51,66 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 50,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 27-də 47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 27-də 50,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti