...

BP 2017-ci ildə “Şahdəniz” yatağından sınaq rejimində qaz nəql edəcək (YENİLƏNİB)

Energetika Materials 29 Mart 2017 17:19 (UTC +04:00)
BP şirkəti 2017-ci ilin sonunda “Şahdəniz” yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcək.
BP 2017-ci ildə “Şahdəniz” yatağından sınaq rejimində qaz nəql edəcək (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend

BP şirkəti 2017-ci ilin sonunda “Şahdəniz” yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sabiq regional prezidenti, şirkətin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib.

Q.Birrell qeyd edib: “Sınaq rejiminin məqsədi ondan ibarətdir ki, qazın 2018-ci ildə TANAP vasitəsilə Türkiyəyə, 2020-ci ildə isə TAP vasitəsilə Avropaya çatmasını yoxlayaq".

Baş əməliyyat rəhbəri “Şahdəniz-2” çərçivəsində artıq 12 quyunun qazıldığını deyib: “Bu, qaz istehsalı və ixracına başlamağa kifayət edir. 12 quyudan 3-ü artıq təmizlənib və istehsalata hazırdır".

Q.Birrel bildirib ki, Azərbaycan və Gürcüstan ərazilərində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 93 faizindən çoxu başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti