...

Daha 2 yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Energetika Materials 5 Aprel 2017 14:54 (UTC +04:00)
Bu gün Ucar rayonunun Qaracallı və Yuxarı Şilyan kəndlərinə ilk dəfə təbii qaz verilib.
Daha 2 yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Bakı. Trend:

Bu gün Ucar rayonunun Qaracallı və Yuxarı Şilyan kəndlərinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 830 abonenti olan Qaracallı kəndi və 735 abonenti olan Yuxarı Şilyan kəndinin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Ucar rayonunun daha 2 kəndində (Təzə Şilyan və Bərgüşad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti