...

Neftimizin SON QİYMƏTİ - Dəyişib

Energetika Materials 18 May 2017 20:46 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 53,14 dollar/barel təşkil edib.
Neftimizin SON QİYMƏTİ - Dəyişib

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 53,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 52,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 49,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 17-də 51,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti