...

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib

Energetika Materials 18 May 2017 17:29 (UTC +04:00)
Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib

Bakı. Trend:

Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən Komissiyanın fəaliyyəti, hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə vətəndaş cəmiyyəti nümayəndələrini daha ətraflı məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.

Görüşdə HSŞ üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən hasilat sənayesində şəffaflığın təmin olunması məqsədi ilə bütün maraqlı tərəflərlə iş birliyinin qurulması, hesabatlılıq proseduru və digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti