...

Azərbaycan neftinin SON QİYMƏTİ - 2% ucuzlaşıb

Energetika Materials 6 İyun 2017 22:08 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 49,63 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - 2% ucuzlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 49,63 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,89 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 49,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 5-də 46,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 5-də 48,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti